“ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumu ağılsızlıq olar”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər Abbas Araqçı deyib.
“Biz açıq bildirmişik ki, nüvə obyektlərimizə istənilən hücum dərhal və qəti cavabla nəticələnəcək. ABŞ və İsrailin belə ağılsız addıma gedəcəyini düşünmürəm. Bu, bütün region üçün dəhşətli fəlakət olar”, – Araqçı bildirib.
O, həmçinin nüvə sazişinin yenilənməsi üçün sözdən daha çox əməli addımların atılmalı olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az













