İsrail açıqladı: İran bu tarixə qədər nüvə silahı əldə edə bilər

İsrail açıqladı: İran bu tarixə qədər nüvə silahı əldə edə bilər

İran qərar versə, 2 həftə ərzində nüvə silahı əldə edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz 30 ölkənin hərbi attaşesi ilə görüşdə çıxışı zamanı deyib.

Qeyd edək ki, bundan öncə İsrail baş qərargah rəisi Aviv Koxavinin ABŞ-yə səfəri baş tutub. Səfər çərçivəsində İran məsələsi müzakirə edilib. Bu səfərdən az sonra çıxış edən ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Malley nüvə danışıqlarının artıq prioritet olmadığını və Vaşinqtonun İranı vurmağa hazır olduğunu deyib. İran tərəfi isə SEPAH komandanı Hüseyn Salaminin simasında nüvə danışıqlarının artıq ölkə üçün əhəmiyyətini itirməyə başladığı mesajını verib.

İlkin
Globalinfo.az