İran Avropaya bütün uçuşları dayandırdı

İran Avropaya bütün uçuşları dayandırdı

Avropa İttifaqının (Aİ) İrana qarşı yeni sanksiyalarından sonra “İran Air” şirkəti Avropa ölkələrinə bütün uçuşları ləğv edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Nəşr yazır ki, İmam Xomeyni hava limanından Avropa istiqamətlərinə uçuşların ləğvi ilə bağlı sərnişinlərə mesak göndərilib. İlk növbətə Tehran-Paris reysi ləğv olunub.

Sərnişinlər reysin niyə ləğv edildiyini soruşduqda, aviaşirkət onlara səbəbin Aİ-nin sanksiyaları ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı İranın “Mahan”, “İran Air” və “Saha” aviaşirkətlərini sanksiyalar siyahısına əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az