İran ABŞ-la aparılan danışıqlarda… – Araqçı

İran ABŞ-la aparılan danışıqlarda... - Araqçı

İran ABŞ-la aparılan danışıqlarda bərabər əsasda, ədalətli və ləyaqətli razılaşma əldə etməyə çalışır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib.

Nazirin sözlərinə görə, Tehran bərabər mövqedən çıxış edən, qarşılıqlı hörmətə əsaslanan razılaşmaya nail olmağa çalışır:

“Bizim məqsədimiz bərabər əsasda, ədalətli və şərəfli razılaşma əldə etməkdir”.

Araqçı əlavə edib ki, əgər qarşı tərəf də eyni yanaşma sərgiləyərsə, danışıqlar prosesinə yol aça biləcək ilkin anlaşma mümkündür:

“Qarşı tərəf də eyni yanaşma ilə gələrsə, ilkin anlaşmaya nail olmaq və danışıqlar prosesinə başlamaq ehtimalı var”.

Xarici işlər naziri həmçinin qeyd edib ki, kifayət qədər siyasi iradə olduğu təqdirdə, tərəflər danışıqların strukturu və vaxt qrafiki ilə bağlı razılığa gələ bilərlər.

“Əgər kifayət qədər iradə olarsa, biz danışıqlar üçün vaxt qrafiki ilə bağlı qərar verə bilərik”, – Araqçı vurğulayıb.