iPhone 17 Bakıda nə vaxt satışa çıxarılacaq?

iPhone 17 Bakıda nə vaxt satışa çıxarılacaq?

Yeni iPhone modelləri – iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max 26 sentyabrda Bakıda satışa çıxarılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İSpace.az saytında məlumat verilib.

“Kontakt Home” mağazalar şəbəkəsində də yeni iPhone modellərinin sentyabrın 26-da satışa çıxarılacağı ilə bağlı elan yerləşdirilib.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, Azərbaycan artıq Apple şirkətinin 2-ci dərəcəli satış bazarına daxil edilib.

Bu isə o deməkdir ki, rəsmi satışlar ABŞ-dan cəmi 1 həftə sonra ölkəmizdə həyata keçiriləcək.