İngiltərədə qəribə qadağa: milyonlarla insan…

İngiltərədə qəribə qadağa: milyonlarla insan...

Böyük Britaniya hökumət təəccüblü addım atıb.

Globalinfo.az xəbər verir ki, ölkənin ən böyük su və çirkab su xidmətləri şirkəti olan “Thames Water” paytaxt Londonda və onun ətrafında sudan istifadəyə məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.

Qərar iyulun 22-də qüvvəyə minəcək.

Şirkət  bildirib ki, isti və quraq havalar çay axınını azaldıb, anbara vurula bilən suyun miqdarını məhdudlaşdırıb.

“Farmurda su anbarının səviyyəsinin ilin bu vaxtı üçün orta hesabla 92 faiz aşağı olduğu bildirilir. Temza çayına yeraltı su axınının azalması və gözlənilən yağışın olmaması səbəbindən saxlama daha da çətinləşə bilər. Havaların istiləşməsi isə suya tələbatı artıracaq, çay və göllərdən daha çox buxarlanma itkilərə səbəb olacaq”, – deyə əlavə edilib.

Sözügedən qadağanın milyonlarla insana təsir edəcəyi vurğulanır.

Əliyar Xəlil
Globalinfo.az