İndoneziyanın Sulvesi adasının sahillərində bərə yanğını nəticəsində azı 5 nəfər ölüb, 284 nəfər xilas edilib.
Globalinfo.az xəbər verir ki bu barədə BBC məlumat yayıb.
İndoneziya Hərbi Dəniz Qüvvələri “KM Barselona VA” adlı gəmidən kəsin çıxarıldığını bildirib.
Yanğının səbəbi hələlik məlum deyil.
***17:45
İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.
Globalinfo.az xəbər verir ki, bu barədə “U.S. Sun” məlumat yayıb.
Bildirilib ki, Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb.
“Onlarla insan çıxılmaz duruma düşüb. Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb. Sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünüb”, – deyə əlavə edilib.














