“İndi top rusların əlindədir” – Finlandiya prezidenti

"İndi top rusların əlindədir" - Finlandiya prezidenti

“İndi top rusların əlindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya ilə sərhədin açılması haqqında danışarkən deyib.

O bildirib ki, Rusiyadan Finlandiyanın şərq sərhədini açması ilə bağlı heç bir siqnal daxil olmayıb.

“Biz hələ də Rusiya tərəfdən sərhəd açılanda miqrasiyanın davam etməyəcəyinə dair heç bir açıqlama verilməsinin şahidi olmuruq. Ona görə də, heç bir əminlik yoxdur. Buna görə də, sərhədi açmaq çətindir. Hazırda top rusların meydançasındadır”, – Stubb vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az