Hər erməninin 4 min dollar borcu var

Hər erməninin 4 min dollar borcu var

“Ermənistanın dövlət borcu iyunun 1-də 12 milyard dolları keçib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib.

Onun sözlərinə görə, bu hesabla hazırda hər erməninin 4000 dollardan çox borcu var.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın dövlət borcu sürətlə artmağa başlayıb. O, hakimiyyətə gələndə borcun miqdarı 9 milyard dollar olsa da, son 6 ildə bu məbləğ 3 milyard artıb.

Sələflərindən fərqli olaraq onun dövründə xarici deyil, daxili borclanmaya görə sözügedən məbləğ rekord həddə çatıb.

Əliyar Xəlil
Globalinfo.az