“İmzalanacaq sənəd erməni dövlətçiliyinin ləğvi haqqında olacaq” – Matevosyan

“İmzalanacaq sənəd erməni dövlətçiliyinin ləğvi haqqında olacaq” - Matevosyan

Əgər Vaşinqton sənədi imzalanmış sənəd statusu qazansa, bu, erməni dövlətçiliyinin ləğvi haqqında sənəd olacaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan paylaşıb.

“Vaşinqtonda keçirilən danışıqlar erməni ictimaiyyəti üçün qapalı idi və biz onun haqqında məlumatları xarici mənbələrdən alırdıq. Hətta alınan informasiya qırıntıları belə onu deməyə imkan verir ki, imzalanacaq sənəd erməni dövlətçiliyinin ləğvi haqqında sənəd olacaq. Paşinyan və komandasının diplomatik fəaliyyəti nəticəsində Qarabağ hazırkı an təkcə öz müqəddəratını təyin etmək haqqını irəli sürmək imkanını itirmədi, həm də qarabağlı ermənilərin statusu etnik azlıq kimi azərbaycanlıların statusuna bərabər edildi. Bu da onların nəzəri olaraq gələcəkdə Ermənistana köçünə şərait yaradacaq. Əlbəttə azərbaycanlılar yaxın zamanlarda Ermənistan qayıda bilməyəcəklər, amma Vaşinqtonda Paşinyan və Əliyevin səyləri sayəsində danışıqlar prosesində bu problemin legitim əsasları formalaşdırılır. Bu sənəddə Qarabağ haqqında xatırlatma yoxdur, Ermənistanın suverenliyi və ərazi bütövlüyü sual altına qoyulub, İrəvana beynəlxalq zəmanət isə ümumiyyətlə müzakirə edilmir” – deyə o bildirib.

İlkin Həsənov
Globalinfo.az