Pakistanın keçmiş baş naziri İmran Xanın partiyasından olan 120 nəfər həbs edilib.
Globalinfo.az xəbər verir ki, Xanın tərəfdarları onun həbsinin ikinci ildönümü səbəbilə etiraz aksiyası keçirməyə hazırlaşıblar.
Lakin bundan xəbər tutan hüquq mühafizə orqanları gecə saatlarında keçirilən reydlər zamanı 120 nəfəri saxlayıblar.
Məlumata görə, həbs olunanların əksəriyyəti Lahor şəhərindəndir. Partiya sözçüsü isə saxlanılan şəxslərin sayının 200-ü keçdiyini iddia edir.
Əliyar Xəlil
Globalinfo.az














