İmişli rayonunda istixanada baş verən yanğınla bağlı TƏBİB açıqlama verib.
TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, 25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü şəxsin (kişi cinsli) hadisə yerində ölüm faktı qeyə alınıb.
***18:10
İmişlidə istixanada yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İmişli rayonunun ərazisində, Araz çayının sahilində yerləşən istixanada baş vermis yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
***
İmişli rayonunda yanğın hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın, Araz çayının kənarında yerləşən istixanada qeydə alınıb.
Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.















