20.03.25. 09:35
İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarının ləğv edilmə səbəbi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bununla əlaqəli İstanbul universiteti hesabat hazırlayıb. Qərara səbəb şərtlər arasında yer alan orta balın “2.40”ı keçməməsi, akademik göstəricilərdə dərslərlə bağlı uğursuzluq göstəricisinin olması, tələbələrin oxuduqları yerin İstanbul Universitetinin reyestr qeydlərində yer almamasıdır.
İmamoğlunun İstanbul Universitetinə kvota xaricində qeydiyyatdan keçdiyi və təhsil aldığı Girne Amerika Universiteti əvəzinə Doğu Akdeniz Universitetini qeyd etdiyi müəyyən edilib.
***
İstanbul Universitetinin şəhər bələdiyyəsinin sədri Ekrem İmamoğlunun da daxil olduğu 28 nəfərin diplomlarının ləğv edilməsi ilə bağlı yeni faktlar məlum olub.
Ali məktəbin 1990-cı ildə verdiyi elanda digər universitetlərdən köçürülmə üçün 50 yer ayrıldığı göstərilib. Lakin sonradan bu yerlərin sayı elanın son tarixi nəzərə alınmadan prosedur pozuntuları ilə 80 nəfərədək artırılıb.
Köçürülmə ilə bağlı bəzi şübhəli əməliyyatlar müəyyən edilib. Məsələn, keçid qaydalarənda göstərilən şərtlərin yerinə yetirilmədiyi halda, çox sayda müraciətin qəbul edildiyi bildirilib.
Vurğulanıb ki, müraciətlərin qiymətləndirilməsində, həm müraciəti qəbul ediləcək ali təhsil müəssisələri ilə bağlı, həm də müraciəti qiymətləndiriləcək tələbələrlə bağlı çox sayda səhv əməliyyat aşkarlanıb.
Əliyar Xəlil
Globalinfo.az













