İmamoğlu işində yeni dalğa: 49 məmur həbs edildi

podratci hebs

Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun yüksəkrütbəli köməkçiləri də daxil olmaqla, İstanbul bələdiyyəsinin 49 əməkdaşı həbs edilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat verib.

“Əməliyyat çərçivəsində bələdiyyə sədrinin mühafizə rəisi, onun şəxsi katibi və iki mühüm bələdiyyə müəssisəsinin direktorları barəsində həbs qərarı çıxarılıb”, – İstanbul Baş Prokurorluğundan bildirilib.

Qeyd olunur ki, aprelin ortalarından İstanbul meriyasının 40-a yaxın yüksəkrütbəli məmuru həbs edilib.

Xatırladaq ki, martın 19-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) liderlərindən biri olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu saxlanılıb. Siyasətçi korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham olunur.