İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu terror istintaqı çərçivəsində ikinci dəfə dindirilib.
Globalinfo.az xəbər verir ki, o, beş saat ifadə verib.
İmamoğlunun bu axşam Çağlayan Ədliyyəsində hakim qarşısına çıxacağı gözlənilir.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.
İş üzrə artıq 90 nəfər həbs edilib.
İstanbul meri PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
Əliyar Xəlil
Globalinfo.az














