İlyas İsmayılovun son durumu açıqlandı

İlyas İsmayılovun son durumu açıqlandı

“İlyas İsmayılovun vəziyyəti ağır-stabildir”.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında İlyas İsmayılovun yaxınları deyib.

Qeyd edilib ki, bir müddət əvvəl Türkiyədə müayinə edilən İlyas İsmayılov Bakıya qayıtdıqdan sonra burada müalicə edilib. Lakin sonradan səhhətində ağırlmaşalar baş verib.

Bir müddət əvvəl insult keçirən İlyas İsmayılov koma vəziyyətində Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda palataya köçürülüb.

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

***13:35

Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.

“İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır”, – deyə o əlavə edib.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.