İlya Darçiaşvili: “Gürcüstan Bakı və İrəvan arasında sülh üçün əlindən gələni edəcək”

“Gürcüstan və Azərbaycan bir birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün həm yaxşı dost, həm də çox yaxşı strateji tərəfdaşdır”

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə deyib

O bildirib ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələr inkişaf etdirilir:

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlindən gələni edəcək. Azərbaycanla Gürcüstan arasında iqtisadi layihələr həyata keçirilir. Bu, bizim region üçün çox önəmlidir”.