İlon Mask “ad”ını dəyişdi

İlon Mask "ad"ını dəyişdi

Biznesmen, “X”in sahibi, həmçinin “SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin rəhbəri İlon Mask qeyd edilən sosial şəbəkədəki profilinin adını dəyişib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, milyarderin yeni adı Kekius Maksimus (Kekius Maximus) olub.

Bundan əlavə, Mask öz profilinin avatarını da dəyişib: indi orada qədim Roma Legionerinin hərbi formasında “Pepe qurbağası” təsvir olunub. Personajın əlində “PlayStation 4″ün “DualShock 4″ünə bənzər “controller” var.

Milyarder öz profilindəki dəyişiklikləri şərh etməyib.