Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.
Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətə, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Əldə etdiyimiz məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.














