Prezidentdən Artur Rasizadə ilə bağlı sərəncam

Prezidentdən Artur Rasizadə ilə bağlı sərəncam

Artur Rasizadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasizadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olacaq.