Kürdə balıq tutan iki nəfər itkin düşdü – kimlikləri bəlli oldu

Kürdə balıq tutan iki nəfər itkin düşdü - kimlikləri bəlli oldu

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində orta yaşlı iki nəfər batıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadis rayonun Qarağaclı kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal olunur.

***

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan balıqçıların kimliyi bilinib.

Həmin şəxslərdən biri rayonun Seyidlər kənd sakini, 2003 cü il təvəllüdlü İsmayıl Şubliyev, digəri isə Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur.

İlkin məlumata görə, hadisə qayığın aşmasından baş verib.

Batan şəxlərin axtarışları davam etdirilir.