“Husilərin Qırmızı dənizdə “polojeniyani” ələ almasından sonra dünya iqtisadiyyatında ciddi problemlər yaranıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
O qeyd edib ki, “Tesla” şirkəti Almaniyadakı zavodunda istehsalatı fevralın ortalarına qədər dayandırıb:
“İldə 20 min iri yük gəmisinin keçdiyi körfəzdə keçidlərdən gələn gəlir 40 faiz azalıb, 50 ölkə prosesdən zərər görür. Ümumilikdə isə Qırmızı dəniz ticarəti son iki ayda 13 faiz azalıb”.
K.Rövşənoğlunun sözlərinə görə, hazırda dünyada xam neftin 8, qlobal yükdaşımaların isə 15 faizi buradan keçir:
“Nəzərə almaq lazımdır ki, Qırmızı dənizin alternativi olan Afrikanın cənubundan keçməklə səfər hardasa 30 faizə qədər daha çox xərc və vaxt tələb edir. Çindən Avropaya Qırmızı dənizdən 25 günə gedən yüklər Afrikadan 34 günə gedir. Bu isə əlavə xərc, yanacaq, işcilərin əməkhaqqı və sığorta ödənişləri deməkdir. Yəni husilər getdikcə dünyanın başına bəla olur”.
Leyla Əlisoy
Globalinfo.az














