Husilər İsrailin iki şəhərinə zərbə endiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya deyib.
O bildirib ki, zərbələr Təl-Əviv və Eylatdakı hərbi hədəflərə endirilib.
Hücumlarda raketlərdən, həmçinin “Jaffa” və “Səməd-4” adlı pilotsuz təyyarələrdən istifadə edilib.
Zərbələr nəticəsində Təl-Əvivdə iki hərbi hədəfi vurulub.
Müşviq Tofiqoğlu
Globalinfo.az














