
“Husilərin hücumlarının arxasında İran dayanır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O həmçinin qeyd edib ki, yeni hücumlar olduğu təqdirdə ABŞ husilərin mövqelərinə zərbə ilə məhdudlaşmayacaq.
“Kimsənin sizi aldatmasına icazə verməyin. Yəmən xalqının da nifrət etdiyi qəddar quldur və başkəsən husilərin yüzlərlə hücumunun arxasında İran dayanır. Bütün növbəti hücumlar, yaxud da husilərin cavab əməliyyatları böyük gücün sayəsində susdurulacaq və bu gücün dayanacağına da zəmanət vermirik.
İran guya nəzarəti itirdiyi terroristlərin “günahsız qurbanı” rolunu oynayır, lakin o husilərə nəzarəti itirməyib”, — Tramp “Truth Social”da yazıb.
Aysel Əliyeva
Globalinof.az