Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində muzey tikilir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, muzeyin tikintisi Milli Qəhəramanın yaxınları tərəfindən həyata keçiririlir.
Burada ona aid foto və bütün əşyaları saxlanılacaq.
H. Əliyeva əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı isə bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.














