“Hizbullah”dan İsrailin hərbi bazasına aviazərbə: 3 ölü, 67 yaralı – VİDEO

“Hizbullah”dan İsrailin hərbi bazasına aviazərbə: 3 ölü, 67 yaralı - VİDEO

22:05

“Hizbullah” hərəkatının kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Dronlar İsrailin hava hücumundan müdafiə sistemindən yan keçib.

Bildirilib ki, zərbə nəticəsində İsrailin 3 hərbçisi ölüb, 39 nəfər yaralanıb, 9-nun vəziyyəti ağırdır.

***

Bəzi xarici KİV-lərin yaydığı məlumata əsasən, “Hizbullah”ın İsrailin 1-ci Qolani Piyada Briqadasının bazasına dron hücumu nəticəsində briqadanın 67 əsgəri yaralanıb.

Ölən və yaralananların daşınması üçün 50 ambulans ayrılıb.

Qeyd edilir ki Qolani Briqadası İsrailin döyüşə ən hazır olan briqadası hesab olunur. Lakin zərbə anında həyəcan siqnalı işləməyib və zərbəyə hazır olunmayıb.

“Hizbullah hava hücumundan müdafiə sistemini aldada bilib. O eyni zamanda, pilotsuz təyyarənin hücumunu gizlətmək üçün güclü raket hücumu həyata keçirib” – İsrail Ordusu Radiosu bildirib.