Hizbullah İsrailin hərbi bazasını bombaladı

Hizbullah İsrailin şimalındakı hərbi bazaya onlarla raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, hücum İsrailin Livandakı zərbələrinə cavab olaraq həyata keçirilib.

Hizbullah üzvlərinin sözlərinə görə, qırıcılar İsrailin Şimal Bölgəsi Komandanlığının əsas hava və raketdən müdafiə bazasını bombalayıb.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin başlanmasından sonra iki tərəf arasında qarşıdurma güclənib.

Bu, son həftələrdə İsrail və Hizbullah arasında genişmiqyaslı müharibənin başlayacağı qorxusunu artırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az