Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım etdi – VİDEO

Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım etdi – VİDEO

“Diplomatik korpusun nümayəndələrinin Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev öz Tvitterində Zəngilan Hava Limanından etdiyi paylaşımda yazıb.

“Zəngilan Hava Limanında mülki təyyarələrin mühərriklərinin uğultusu. Bakı və Ankaradan olan diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”, – H.Hacıyev paylaşımda qeyd edilib.

“Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin məktəbliləri diplomat, ADA Universitetinin rektoru Hafiz Paşayevə yaxşı oxuyacaqlarını və ADA universitetinin potensial tələbələri olacaqlarına söz veriblər”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev öz “Twitter”ində etdiyi paylaşımda yazıb.

Qeyd edək ki, bu gün Azərbaycanda olan diplomatik korpusun nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.