Heydər Əliyev adına istirahət parkında uşaqlar üçün kukla tamaşasının nümayiş olunub – FOTO

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Kilimarası” kukla teatrının təqdimatında uşaqlar üçün “3 Quzu və Canavar ” adlı kukla tamaşasının nümayişi təşkil olunub.

Globalinfo.az xəbər verir ki, tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda gənc tamaşaçılar  üçün müxtəlif nağıl personajlarının iştirakı ilə əyləncəli proqram da təşkil olunub.