Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməyə gətirilməsinə aid olduğu deyilən görüntü yayılıb.
Globalinfo.az xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksinin ərazisinə gələn Penitensiar Xidmətin maşınlarda sözügedən şəxslərin olduğu bildirilib.
Qeyd edək ki, artıq məhkəmə başlayıb. Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Əliyar Xəlil
Globalinfo.az














