Hər şeyin təzəsi, dostun köhnəsi… – FOTO

Hər şeyin təzəsi, dostun köhnəsi... - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, səfirliyin “X” hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.

“Hər şeyin təzəsi, dostun köhnəsi” başlığı ilə paylaşılan fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.