Hər kəs Bakı səmasındakı bu görüntüdən danışır – VİDEO

Hər kəs Bakı səmasındakı bu görüntüdən danışır - VİDEO

***
09:21

Ötən gecə Yupiter, Ay və Veneranın eyni anda səmada görünməsi maraq doğurub.

Globalinfo.az xəbər verir ki, Bakı sakinləri də həmin görüntünün fotolarını çəkərək sosial şəbəkə hesablarında paylaşıblar.

Bildirilir ki, Venera ilə Yupiter hazırda səmada gözlə görünə bilən ən parlaq iki planetdir. Onlar gün keçdikcə bir-birilərinə daha da yaxınlaşırlar. Fevral ayının əvvəlində bu iki planet arasındakı məsafə 29 dərəcə idi. Ayın sonunda bu məsafə 2-3 dərəcəyə qədər enəcək.

Martın 1-də isə Venera və Yupiter bir-birilərinə ən yaxın məsafəyə çatacaqlar.

Qeyd edək ki, ötən gecə müşahidə olunan maraqlı təbiət hadisənin ən maraqlı görüntüsünü tanınmış fotoqraf Səfiyar Məcnun çəkib.

Ətraflı videoda:

Hər kəs Bakı səmasındakı bu görüntüdən danışır - VİDEO

Aqşin
Globalinfo.az