Həmin yolda işıqforlar işləmir – Səbəb

Həmin yolda işıqforlar işləmir - Səbəb

Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:

“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.