Ermənistandan Azərbaycana keçən əcnəbi haqda QƏRAR

Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham irəli sürülüb.