Müharibəni bitirmək üçün yola düşdülər…

Müharibəni bitirmək üçün yola düşdülər...

HƏMAS danışıqlar üçün Qahirəyə nümayəndə heyətini göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında məlumat yayılıb.

Danışıqların məqsədi Qəzza zolağında müharibəyə son qoymaqdır.

“Xəlil əl-Heyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Misirin dəvəti ilə danışıqlar aparmaq üçün Qahirəyə yola düşüb”, – deyə məlumatda deyilir.

HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə nümayən heyətlərinin Qəzza zolağında atəşkəsə nail olunması barədə danışıqlar aparacağını bildirib.

Aysel Əliyeva
Globalinfo.az