HƏMAS-ın Livandakı lideri öldürüldü

HƏMAS-ın Livandakı lideri öldürüldü

İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu şəxs HƏMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.

Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.