Helikopter qəzası: ekipaj həlak oldu

Helikopter qəzası: ekipaj həlak oldu

Kolumbiyada “Huey II” helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro özünün “X” hesabında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, qəza nəticəsində Kolumbiya Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edilib ki, qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi.