globe map 1100x733 1

Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniya tərəfindən ilhaqına şərait yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, Sandunun rəhbərlik etdiyi Moldova “böyük Avropa ailəsi”nə deyil, Rumıniyaya inteqrasiya edir. Onun sözlərinə görə, bu siyasət ölkənin Rumıniya tərəfindən “aneksiyasına şərait yaradılması” kimi qiymətləndirilə bilər.

Zaxarova həmçinin Moldovanın Avropaya inteqrasiya kursunun və əhalinin bu siyasəti dəstəkləməsinin gündəmə gətirildiyini, lakin real vəziyyətin fərqli olduğunu bildirib.

“Moldovanın avrointeqrasiya yolundakı uğurları və əhalinin bu kursu dəstəkləməsi barədə danışa bilərsiniz. Lakin real vəziyyət tamamilə əksini göstərir”, – Zaxarova qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: