Tehranda yerli futbol komandaları arasında keçirilən oyun gözlənilməz hadisə ilə yadda qalıb. Belə ki, “Setareqan-e Sorx” və “Yaran-e Fərhad” futbol komandaları arasındakı matçda hakimin qərarı oyunçulardan birinin anasının etirazına səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Oyun zamanı “Setareqan-e Sorx” komandasının birinci qapıçısı meydandan qovulub. Onun yerinə keçən ikinci qapıçı hakimin qərarlarına qarşı çıxarkən, ani insident yaşanıb. Qapıçının anası stadiona daxil olaraq hakimə şillə vurub.
Hadisə oyunun bir müddət dayanmasına səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az














