Hakan Fidanla bağlı iddialara Türkiyə XİN-dən reaksiya

 

Hakan Fidanla bağlı iddialara Türkiyə XİN-dən reaksiya

Türkiyənin Xarici İşlər Naziriliyi (XİN) nazir Hakan Fidanın ali təhsili ilə bağlı yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, məlumatda bildirilir:

Nazirimizə qarşı FETÖ və onun törəmələri tərəfindən son illərdə sistemli, çoxşaxəli gözdən salma kampaniyasında irəli sürülən əsassız iddiaların bir qismi yenidən gündəmə gəlib. Son vaxtlar bu iddiaların yenidən gündəmə gəlməsi ictimaiyyəti qəsdən çaşdırmaq məqsədi daşıyır. Bu iddialarla bağlı qanuni tədbirlər görülür.