Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşdü – YENİLƏNİB

Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşdü – YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyədə səfərdə olan Rusiya nümayəndə heyəti arasında Dolmabaxça sarayında keçirilən görüş başa çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

*** 22:06

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Rusiya nümayəndə heyəti ilə görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.

Görüş bir qədər öncə mətbuata xəbər verilmədən başlayıb.

*** 21:42

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyədə səfərdə olan Rusiya nümayəndə heyəti ilə görüşəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Mətbuat xidməti məlumat yayıb.

Görüşün bu gün axşam saatlarında baş tutacağı gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az