Hacı Şahin dəfn edildi – VİDEO

Hacı Şahin dəfn edildi - VİDEO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında ürəktutmasından vəfat edib.

***

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb.

Onun cənazəsi dəfn olunması üçün Məşədi Dadaş məscidindən götürülüb.

***

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, o, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.