Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Globalinfo.az xəbər verir ki, bunu müxalifətçi deputat Yekaterina Xerxeulidze brifinqdə açıqlayıb.
“Komissiyanın iclası saat 9:00-da başlayıb və düz 2 dəqiqə sonra başa çatıb. Bizim, yəni müxalifətçilərin çıxış imkanları məhdud idi. Parlamentin hüquq komissiyası iki dəqiqə ərzində sənədi imzaladı”, – deyə Xerxeulidze bildirib.
Layihənin qəbul edilməsindən sonra əhali parlamentinin qarşısına toplaşmağa başlayıb. Etirazlar daha da güclənib. Binanın qarşısına xüsusi təyinatlıların gətirildiyi qeyd olunur.
***
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarci təsirin şəffaflığı haqqında” qanun layihəsi sabah parlamentin plenar sessiyasında üçüncü oxunuşa çıxarılacaq.
Globalinfo.az xəbər verir ki, bunu parlamentin Hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvili açıqlayıb.
O qanun layihəsinin qəbul edilməsinin cəmiyyətin sifarişi olduğunu deyib.













