Gürcüstanda hərbi təyyarə qəzaya uğradı

Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsinin Tapan (Dişvili) kəndi yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 2-də aviasiya vasitələrinin cəlb olunduğu planlaşdırılmış hərbi təlimlərin birində Müdafiə Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb. Nəticədə Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili həlak olub.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq xidmətləri tərəfindən araşdırma aparılır.