Gürcüstanda bu təşkilatların fəaliyyəti dayandırılacaq – Kaladze

Gürcüstanda  fəaliyyət göstərən təşkilatlar xarici agent kimi qeydiyyatdan keçməkdən imtina etsələr, əmlaklarına həbs qoyulacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, bu, yeganə sanksiya deyil. Eyni zamanda cərimələr və təşkilatların fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulub.

“Onlar nə fəaliyyət göstərə, nə də vəsait ala biləcəklər. Əgər həqiqətən ölkəyə müsbət töhfə verən işlər görürlərsə və pis niyyətləri yoxdursa, o zaman maliyyə mənbəyini göstərməyin problemi olmamalıdır” – Kaladze vurğulayıb.

O, həmçinin hesabatlarda şəffaflığın olmamasının inqilab ssenarilərinin qütbləşməsinə və maliyyələşməsinə töhfə verdiyindən şübhələndiyini bildirib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az