“Avropa və Amerikada bütün siyasətçilər NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər. Bu, 2008-ci ildə planlaşdırılıb. Gürcüstan və Ukraynanı ona görə kənarda saxlayıblar və NATO-ya üzv qəbul etmirlər”.
Globalinfo.az xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili “İmedi” telekanalının efirində deyib.
“2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan Alyansa qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı. Amma reallıq tamam başqadır. Bu, bir-iki ölkə veto qoyduğuna görə, baş vermədi. NATO kordinatorlarının Ukrayna və Gürcüstanı qəbul etmək istəyi yox idi. Çünki Avropadan və Amerikadan olan istənilən səviyyəli siyasətçilər heç bir halda NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcəklərini bəyan edirlər”, – deyə İvanişvili vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














