Gürcüstan parlamentindən qalmaqallı qanun barədə QƏRAR

Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qoyduğu veto ləğv edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentində qərar qəbul olunub.

Qeyd edək ki, Gürcüstanda keçirilən aksiyalara baxmayaraq, sözügedən qanun layihəsi mayın 14-də parlamentdə üçüncü və sonuncu oxunuşda qəbul edilib. Daha sonra ölkə prezidenti qanuna veto qoyduğunu açıqlayıb.

Lakin parlamentin son iclasında bu veto səs çoxluğu ilə ləğv edilib.

Ayşən Mustafa
Globalinfo.az