“Beynəlxalq monitorinq missiyaları tərəfindən qeydə alınan seçki texnologiyaları uğursuzluqla nəticələnib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir.
“Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkədə keçirilən parlament seçkiləri zamanı guya “erməni karuseli”ndən istifadə edilməsi barədə bəyanatı seçkilərin nəticələrini gözdən salmaq məqsədi daşıyır və reallığı əks etdirmir. Texnologiyanın seçki prosesinə tətbiqi ABŞ, Kanada, Belçika, Estoniya, Argentina, Avstraliya, Albaniya və 30-dan çox digər ölkələrdə seçkilərin keçirilməsi təcrübəsi olan Smartmatic şirkəti ilə birgə həyata keçirilib. Elektron texnologiyaları gözdən salmaq cəhdi reallığı tanımamaqdan və öz siyasi maraqlarına əsaslanaraq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Zurabişvili bir neçə gündür ki, müsahibələrində və ictimaiyyət qarşısında çıxışlarında əsassız və saxta ittihamlarla cəmiyyətdə yeni texnologiyalara inamsızlıq toxumu səpib”, – deyə Mərkəzi Seçki Komissiyasının açıqlamasında vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














