Misli görünməmiş xəyanət: ölkəmiz xəritədən silinəcək – Saakaşvili

Misli görünməmiş xəyanət: ölkəmiz xəritədən silinəcək – Saakaşvili

“Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası dövlətə bənzəri görülməmiş şəkildə xəyanət edib”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

O, 2008-ci il müharibəsini başlatdığına dair Rusiyanın BMT-dəki nümayəndə heyətinin və Gürcüstan hökumətinin iddialarına cavab verib.

M.Saakaşvili gürcü xalqının hərəkətə keçməli olduğunu bildirib:

“Dünən bizim BMT-də gördüyümüz Gürcüstanın çoxəsrlik tarixində misli görünməmiş xəyanət idi. Hətta Fransadakı marionet hitlerçi Vişi hökumətinin belə Almaniyaya qarşı döyüşən həmvətənlərini mühakimə etmək ağlına gəlməmişdi. Bu, Bidzina İvanişvilinin satqınlığı və Gürcüstanı sevən hər kəs üçün dəqiq siqnaldır. Əks təqdirdə gürcü dövləti dünya xəritəsində birdəfəlik silinəcək. Bu partiya və ya siyasi məsələ deyil. Nə qədər ki gec deyil, Gürcüstanın və hər gürcünün özünü qoruma instinkti ortaya çıxmalıdır”.

Qeyd edək ki, Gürcü Arzusu Partiyası parlament seçkisində qalib gələcəyi halda 2008-ci il müharibəsini araşdıracağını bildirib. Partiya baş verənlərdə Saakaşvilini ittiham edib. Hökumətdən verilən bu açıqlama Gürcüstan ərazilərini işğal edən Rusiya tərəfindən rəğbətlə qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az