Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilərdən öncə hökumət rəsmiləri ilə bağlı saxta materialların paylaşılmasının planlaşdırıldığına dair məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, müəyyən siyasi dairələrlə əlaqəli qrupların səsvermədən öncə bəzi hökumət nümayəndələrinin saxta səs yazıları və görüntülərini paylaşıla biləcəyi açıqlanıb.
Gürcüstan DTX həmin materialların reallığı əks etdirmədiyini, süni intellekt və digər müasir texnologiyalarla hazırlandığını qeyd edib.
Burada məqsədin hökumətin kilsə və Qərb tərəfdaşları ilə münasibətlərinin korlanması olduğu bildirilir.













